Menu

Göygöldə iki avtomobil toqquşub - Yaralılar var

03.10.2016, 23:06

Qezada-sinmish-padpres-180912Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun, Göygöl rayonu Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ2107” və “VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər, 1979-cu il təvəllüdlü Vüsalə Əliyeva və 1996-cı il təvəllüdlü Xaliq Həsənov müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol