Menu

"2030-cu ilədək Rusiyanın neft-qaz ehtiyatları tükənəcək" - Qref

04.10.2016, 09:02
"2030-cu ilədək Rusiyanın neft-qaz ehtiyatları tükənəcək" - Qref

"Sberbank" (Rusiyanın Əmanət Bankı) rəhbəri German Qref bildirib ki, ölkənin neft-qaz ehtiyatları 2030-cu ildə tükənəcək.

"APA-Economics" xəbər verir ki, müvafiq suala cavab verən bankir bunu deyib: "Düşünürəm ki, bu, təxminən 15 il sonraya təsadüf edəcək və biz buna aktiv şəkildə hazırlaşmalıyıq. Gec-tez neft-qaz sektoruna köklənmiş iqtisadiyyat dövrü bitəcəkdi. Biz vəziyyəti olduqca sürətli şəkildə dəyişməliyik və iqtisadiyyatımızın diversifikasiyasını sürətləndirməliyik".

G. Qref onu da əlavə edib ki, neftin yüksək qiymətlərini "gözləməyə dəyməz".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol