Menu

Palatadan 3 bank barədə açıqlama

04.10.2016, 10:32
Palatadan 3 bank barədə açıqlama

Sığorta hadisəsi baş vermiş 9 bankdan 3 bank üzrə “Parabank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Dekabank” ASC-nin qorunan əmanətçilərinin böyük əksəriyyətinə kompensasiyalar ödənilib və bu əmanətlər üzrə kompensasiyaların ödənişi artıq tamamlanmaq üzrədir.

Bu barədə "Marja"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

Yaxın zamanlarda ləğvetmə prosesində olan sözügedən 3 bankın qorunmayan əmanətləri üzrə ödənişlərin başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 30 sentyabr 2016-cı il tarixinə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32,675,532 manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1,705,056 manat, “Dekabank” ASC-nin 2,772,350 manat kompensasiya ödənilib.

Sözügedən 3 bank üzrə ümumilikdə 37,152,938 manat kompensasiya ödənilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol