Menu

Azərbaycan əhalisinin əmanətləri sentyabrda artıb

04.10.2016, 10:53
Azərbaycan əhalisinin əmanətləri sentyabrda artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2016-cı il oktyabr ayının 1-nə 7 931,9 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə əmanətlərin həcmi 88,1 mln. manat və ya 1,12% artıb.

Qeyd edək ki, yanvarın 1-i ilə müqayisədə əhalinin əmanətləri 842,4 mln. manat və ya 11,9%, 2015-ci ilin analoji dövrünə nisbətən isə 611,6 mln. manat və ya 8,35% artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol