Menu

Rusiyada onkoloji xəstəliklərlə bağlı dəhşətli statistika

04.10.2016, 11:45
Rusiyada onkoloji xəstəliklərlə bağlı dəhşətli statistika

On beşdən artıq böllədə dispanzerizasiya zamanı onkoloji xəstəliklərin tezliyi 60 faiz təşkil edir!

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkənin 15-dən artıq bölgəsində dispanserizasiya prosesi çərçivəsində onkoloji xəstəliklərin (1-2 stadiya) aşkarlanma səviyyəsi 60,0 faiz təşkil edir.

Bu barədə «Soçi - 2016» Beynəlxalq investisiya forumu çərçivəsində qeyri-rəsmi söhbət zamanı Rusiya Səhiyyə Nazirliyinin profilaktik təbabət üzrə ştatdankənar baş mütəxəssisi Sergey Boytsov məlumat verib.

«Onkoskrininq işlərinin effektliliyi yüksəlib. Bu, bütün regionları əhatə etmir, amma 15 regionda 1-2 stadiya onkoloji xəstəliklər (xərçəng - red.) üzrə stabil olaraq 60,0 faizdən artıq göstərir, 5 regionda isə 70,0 faizdən yuxarıdır» - deyə, Boytsov qeyd edib.

Boytsovun sözlərinə görə, qalan regionlarda indiki halda müxtəlif səbəblərdən dolayı, diaqnostika mütəxəssislərilə onkoloq-mütəxəssislər arasında gücləndirilmiş qarşılıqlı fəaliyyət baş vermir.

«Burada, onkoskrininq istiqamətində ilkin səviyyədə işlər yerində sayır» - deyə, ekspert əlavə edib.

Bəs, Azərbaycanda? Vəziyyət acınacaqlıdır - ölkəmizdə onkoloji xəstəliklərin diaqnostikası «orta əsrlər səviyyəsindədir»! Ona görə də statistika da «qüsurlu»dur. Bu qiyməti hələ 2003-cü ildə Azərbaycanda müşahidələr aparmış İsrail həkimləri vermişdi. Müşahidələr göstərir ki, ötən dövr ərzində istiqamət üzrə vəziyyət daha da pisləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol