Menu

Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin razılığını gözləyir

04.10.2016, 12:53
Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin razılığını gözləyir

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsini nizamlanması üzrə növbəti görüşün keçirilməsinə razılıq verəcəklərinə ümid edir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Həmsədrin sözlərinə görə, hazırda növbəti görüşün vaxtı və yeri müəyyən edilməyib.

C.Uorlik qeyd edib ki, həmsədrlər Nyu-Yorkda BMT Baş Assambleyasında Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə ayrılıqda görüşlər keçirdi: "Görüşlərdə Vyana və Sankt-Peterburqda əldə olunmuş razılıqlar, eləcə də gələcək addımlar müzakirə olunub. Ayın sonunda regiona səfərimiz zamanı tərəflərlə görüş keçirməyi və məsələləri müzakirə etməyi planlaşdırırıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol