Menu

Türkiyədən bir ilk - BVF-na 1 milyon dollar hədiyyə etdi

04.10.2016, 15:58
Türkiyədən bir ilk - BVF-na 1 milyon dollar hədiyyə etdi

Beynəlxalq Valyuta Fondunun borcunun son hissəsini 14 may 2013-cü il tarixində ödəyərək borcunu silən Türkiyə artıq BVF-yə pul hədiyyə edə biləcək vəziyyətə gəlib. Avropa.info xəbər verir ki, Türkiyə ilə BVF arasında fövqəladə halların təsirinin azaldırlması və borcun yüngülləşdirilməsi fondu ilə bağlı qrant razılığı əldə olunub.

Buna görə də Türkiyə tərəfi yerli hüquq və büdcə ödəmələrin çərçivəsində BVF-nin büdcəsinə 1 milyon dollar məbləğində vəsait hədiyyə edəcək.

Dünya üzrə 189 üzvü olan Beynəlxalq Valyuta Fonduna hazırda 70-dən çox ölkənin milyardlarla dollar borcu olduğu halda Türkiyə dövlətinin quruma heç bir borcu qalmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol