AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı hakimiyyəti əcnəbilərin ölkədən çıxmasına xüsusi haqq qoyub. «Gulf News» nəşri xəbər verir ki, ödənişin məbləği 53 dollar təşkil edir.
Ölkəyə giriş (viza) üçün ödənişin məbləği isə 10 dəfə artaraq, 533 dollara çatıb.
Bugünlərdə hökumət dövlət sektoru işçiləri üçün qüvvədə olan bir sıra bonusların ləğv olunduğunu elan edib. Bu ölkədə dövlət sektoru işçilərinin sayı təxminən, ölkənin işçi qüvvəsinin dörddə biri qədərdir.
Ekspertlərin sözlərinə görə, krallıq ölkədə qənaətə start verib və neft asılılığından yaxa qurtarmaq üçün yeni gəlir mənbələri axtarmağa başlayıb.


Şərhlər