Menu

Ulduz futbolçu yığmadan kənarlaşdırılıb

04.10.2016, 19:31
Ulduz futbolçu yığmadan kənarlaşdırılıb

Buna səbəb futbolçunun zədələnməsidir

Almaniya yığmasının futbolçusu Mario Qomes milli komandadan kənarlaşdırılıb.

"Report"un məlumatına görə, futbolçu zədə səbəbindən yığmadan kənarda qalacaq.

Onun omba əzələlərində sərtləşmə aşkarlanıb və bir neçə gün məşqlərdən uzaq qalacaq. Nəticədə 31 yaşlı Qomes 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində Çexiya və Şimali İrlandiyaya qarşı forma geyinə bilməyəcək.

Qeyd edək ki, M.Qomes hazırda Almaniyanın "Volfsburq" komandasında çıxış edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol