Yazıçı Anardan Eduard Bağırova sərt reaksiya
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar AYB-nin üzvü Eduard Bağırovun qondarma erməni soyqırımına görə başsağlığı verməsi xəbərinə kəskin reaksiya verib.
Xatırladaq ki, Rusiyada yaşayan Azərbaycan əsilli yazıçı Eduard Bağırov bloqunda qondarma erməni soyqırımı ilə bağlı ermənilərə bu məzmunda başsağlığı verib:
"Adekvat Moskva azərbaycanlıları adından ermənilərə 1915-ci ildə Türkiyədə soyqırıma məruz qalmalarının ildönümü münasibəti ilə başsağlığı verirəm”.
Məsələ ilə bağlı Eduard Bağırovun üzvü olduğu AYB-nin sədri, xalq yazıçısı Anardan aktual.az münasibət öyrənib. Aktual.az-ın müxbirinə Kazanda olduğunu bildirən yazıçı E. Bağırovun bloqunda yazdıqlarına sərt münasibət bildirib:
“Eduard Bağırov qələt eləyib, başını divara döyüb. O, artıq Yazıçılar Birliyinin üzvü deyil”.

“Məndən Azərbaycan Yazıçılar Birliyinin – o birlikdən ki mən bir neçə il əvvəl dəhşət içində qaçmışdım- sədri Anarın mənim ünvanına səsləndirdiklərinə münasibət bildirməyimi xahiş edirlər. Azərbaycan mediasına açıqlamalar vermirəm, bu səbəbdən burada yazacam. Mən çox təəssüf edirəm ki, məzarın iki addımlığında duran və praktiki olaraq Allahla üzbəüz dayanmış ağsaqqal yazıçı öz xalqını, qadınlar və uşaqlar da daxil olmaqla nifrətə və qonşuları ilə qanlı qırğına çağırır. Anar müəllim yazıçılar belə olmur. Belə ancaq təşviqatçı və təbliğatçılar olur. Bu isə başqa peşədir”.


Şərhlər