AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «Çaba» tayfununun yaxınlaşması səbəbilə, bu gün Yaponiya aviaşirkətləri 85 aviareysi təxirə salmalı olublar.
«En-eyç-key» telekanalının məlumatına görə, dəyişiklik əsasən ölkənin cənubunu əhatə edən daxili reyslərə aiddir. Meteoroloqların məlumatına görə, tropik qasırğanın mərkəzi hissəsində küləyin dəyişən sürəti saniyədə 60 metrə çatır.
«TASS» agentliyinin məlumatına görə, bir sıra prefekturalarda 200 millimetrlik yağıntı gözlənilir.


Şərhlər