Menu

"Suriyada problemləri ABŞ-sız həll etmək mümkün deyil" - Kreml

05.10.2016, 14:31
"Suriyada problemləri ABŞ-sız həll etmək mümkün deyil" - Kreml

“Moskva Suriya məsələsində Vaşinqtonla əməkdaşlığa açıqdır.

Rusiya hesab edir ki, Suriya Ərəb Respublikasında ABŞ-la qarşılıqlı fəaliyyət olmadan terrorçuluqla effektli mübarizə aparmaq, problemləri həll etmək mümkün deyil. Lakin əsas problem bizim amerikalı tərəfdaşlardadır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Tərəflər arasında əməkdaşlığı bərpa olunmasının mümkünlüyü ilə bağlı suala Kreml rəsmisi “bunu amerikalı tərəfdaşlarımızdan soruşmaq lazımdır”, - deyə cavab verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol