Menu

NATO Suriya və İraqdakı yerüstü əməliyyatlarda iştirak etməyəcək - Baş katib

05.10.2016, 16:09

Yens-StoltenberqAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, NATO Suriya və İraqda yerüstü əməliyyatlarda iştirak etməyəcək. Bu barədə alyansın Baş katibi Yens Stoltenberq Əfqanıstana kömək donorlarının konfransına gəlişi zamanı bəyan edib.

«NATO yerüstü əməliyyatlarda iştirak etməyəcək. Biz İraq ordusu üçün zabitlərin hazırlığı prosesinə dəstək veririk və yaxın vaxtlarda Suriyada əməliyyatlar aparmaq üçün buraya uzaq radiolokasiya aşkarlayıcı təyyarələri (AWACS) göndəriləcək» - deyə, o, bəyan edib.

Alyansın Əfqanıstandakı fəaliyyəti ilə bağlı Stoltenberq qeyd edib ki, bu gün NATO hesab edir ki, ölkənin təhlükəsizliyinin müstəqil şəkildə təmin olunması üçün Kabula dəstək verilməsi daha vacidir, nəinki «alyans hərbi hissələrinin əməliyyatlarda iştirakı».

Hazırda Əfqanıstanda NATO-nun «Qətiyyətli dəstək» adlı qeyri-döyüş missiyası yerləşdirilib. Missiyanın tərkibi 14 min nəfərdən ibarətdir və onlar əməliyyatların planlaşdırılması, arxa material-təchizat məsələlərində əfqan ordusuna köməklik göstərirlər və ordu hissələrini kəşfiyyat materialları ilə təmin edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol