Menu

“Panasonic” gözəgörünməz televizor - Təqdim edib

05.10.2016, 20:18
“Panasonic” gözəgörünməz televizor - Təqdim edib

“Panasonic” şirkəti “OLED” texnologiyası əsasında hazırlanmış şəffaf televizorun yeni versiyasını təqdim edib.

Azərtac “therunet.com” saytına istinadən xəbər verir ki, qurğu şkafın qapısına qurulub və adi şüşəyə oxşayır. Bu halda displeyin arxa tərəfi işıqlı olduğu halda da təsvirin keyfiyyəti dəqiqdir. Ekranın arxa tərəfi qaranlıq olduqda təsvir keyfiyyət üzrə standart qurğularla rəqabət edə bilər.

Şirkət bundan əvvəl istifadəçilərə şəffaf displey nümayiş etdirib, amma təsvirin keyfiyyəti aşağı olub və parlaq işıqda təsviri, ümumiyyətlə, ayırd etmək qeyri-mümkün idi. Şirkətin nümayəndələri “Engadget” nəşrinə bildiriblər ki, bir neçə il ərzində texnologiyanı inkişaf etdirməyi planlaşdırırlar və 3 il sonra şəffaf ekranlar satışa çıxarılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol