Menu

Son 2,5 ildə Rusiya bankları 120 min nəfəri ixtisar edib

06.10.2016, 11:34
Son 2,5 ildə Rusiya bankları 120 min nəfəri ixtisar edib

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, ötən iki il yarım ərzində Rusiyanı iri və orta bankları 120 min nəfəri ixtisar edib.

«RBK» agentliyinin «Rosstat»a istinadla yazdığına görə, bu rəqəm Rusiya bank sektorunda çalışanların ümumi sayının təxminən 15,0 faizinə bərabərdir.

Əmanətlərin sığortalanması üzrə Agentliyin məlumatına görə, son iki il yarım ərzində Rusiyada 178 bank təşkilatı ləğv olunub ki, onların 31-i cari ilə təsadüf edir.

Bu rəqəmlər açıq-aydın göstərir ki, son 2-3 ildə Azərbaycanın bank sektorunda cərəyan edən proseslər heç də təsadüf deyil və bir çox təzahürlərinə görə, Rusiyadakı proseslərin ölkəmizdə doğurduğu «vibrasiya»dan başqa bir şey deyil. Burdan belə bir məntiqi nəticə çıxarmaq olar ki, postsovet məkanı dövlətlərinin bank sektoru hansısa müdhiş bir «perspektiv»ə hazırlıq işləri görür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol