Menu

«Amerikalı diplomatlar sıxışdırılır» - ABŞ Rusiyanı ittiham edir!

06.10.2016, 14:38
«Amerikalı diplomatlar sıxışdırılır» - ABŞ Rusiyanı ittiham edir!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner dünən belə bir bəyanatla çıxış edib ki, Rusiyada «amerikalı diplomatlar sıxışdırılır».

«Biz, hələ ki, faktları toplayırıq, situasiyanı öyrənirik. Amma ümumilikdə, bizim diplomatların sıxışdırıldığını görürük» - deyə, o, CNN kanalına müsahibəsində bəyan edib. Bu zaman sözçü heç bir konkret nümunə göstərmədən, «belə şeylərin çox ciddi qəbul edildiyi barədə ona inanmağa» çağırıb.

Bundan əvvəl Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova diplomatların sıxışdırılması barədə ABŞ tərəfindən bir daha təkrarlanan ittihamın gülünc olduğunu bildirmişdi. Zaxarova bu fikri «Vesti FM» radiosunun efirindən səsləndirmişdi: «İkinci dövrə üzrə başlanır. Elə həmin materialları növbəti dalğada təkrar dərc edirlər. Bunlar pis «piarcıqlar»dır və iki ay öncə olanlardan istifadə edirsiniz. Artıq, gülüş doğurur».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol