Menu

ABŞ İraqda yeni hərbi baza yaradır!

06.10.2016, 15:13
ABŞ İraqda yeni hərbi baza yaradır!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ İraq ərazisində, Başik rayonu bölgəsində yeni hərbi baza yaratmaq qərarına gəlib. Məqsəd - guya, Mosulun azad edilməsi əməliyyatlarının həyata keçirilməsidir. Bu barədə Türkiyənin «Milliyet» qəzeti yazıb.

Nəşrin məlumatına görə, bazanın yaradılması işləri bilavasitə Türkiyə hərbi təlimatçılarının sünnü birləşmələrinə təlim keçdikləri rayonun yaxınlığında aparılır. Qəzet yazır ki, bu «düşərgədə amerikalı müşavirlərin yerləşdirilməsi oktyabrın 10-na planlaşdırılır».

«Yeni şəfəq» qəzeti İraqdakı kürd mənbələrinə istinadla xəbər verir ki, amerikalı hərbçilərdən ibarət 22 nəfərlik qrup ötən həftə Mosulun ətrafındakı Bənd rayonunda olub, sonra isə Başikdə baza yaradılması işlərinə başlayıblar. Qəzet onu da yazır ki, ABŞ, İran və İraq Türkiyəni Mosul əməliyyatına yaxın buraxmamaq üçün bütün vasitələrdən istifadə edirlər.

«Habertürk» qəzeti isə Türkiyə hökumətindəki mənbəyə istinadla azır ki, Mosulun azad edilməsi əməliyyatlarına oktyabrın 20-də başlana bilər və Ankara bu əməliyyatlarda Başikdə hazırlanan «peşmərgə» kürd birləşmələrini hərəkətə gətirməklə, iştirak etmək niyyətindədir.

Rəsmi Bağdad çərşənbə axşamı Türkiyəni xəbərdar edib ki, onun hərbçilərinin İraq ərazisində olması ölkənin suverenliyinin ciddi şəkildə pozulmasıdır və Başikdəki bazanı bağlamağı təbəb edib. Bunun ardınca çərşənbə günü İraqın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb və ona etiraz notası təqdim olunub.

Türkiyə hökumətinin rəsmi nümayəndəsi, Baş nazirin müavini Numan Qurtulmuş elə həmin vaxt bəyan edib ki, Ankara İraq ərazilərinin işğalı planları hazırlamır. XİN başçısı Mövlud Çavuşoğlu isə xatırladıb ki, Başikdəki baza Bağdadın mərkəzi hakimiyyətinin razılığı ilə yaradılıb və orada yerli qüvvələrin bütün terrorçulara qarşı, o cümlədən «İslam dövləti» adlandırılan terrorçu qruplaşmaya qarşı mübarizəyə hazırlanması işləri aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol