Menu

İndoneziya Cənubi Çin dənizindəki təlimlərdən imtina etdi!

06.10.2016, 17:21
İndoneziya Cənubi Çin dənizindəki təlimlərdən imtina etdi!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İndoneziya bölgədəki ərazi mübahisələrinə yönəlik öz neytrallığını saxlamaq məqsədilə Cənubi Çin dənizində keçirilən çoxşaxəli hərbi təlimlərdə iştirakdan imtina edib. «The Straits Times»-in yazdığına görə, bu mövqeyi ölkənin hərbi qüvvələrinin komandanı Qatot Nurmantio səsləndirib.

«İndoneziya Cənubi Çin dənizi bölgəsində sabitlik xatirinə burada keçirilən hərbi təlimlərdən imtina edir və bütün tərəfləri qeyri-sabitliyi artıracaq hərəkətlərdən çəkinməyə çağırır» - deyə, komandan həmkarlarına səslənib.

Bu arada xəbər verilir ki, cümə axşamı Cənubi Çin dənizindəki Natuna adalarının yaxınlığında təlimlərin aktiv fazası başlanacaq. Gözlənildiyinə görə, İndoneziyanın prezidenti təlimləri izləyəcək. Təlimlərdə bir neçə min hərbçi, o cümlədən, Su-27 və F-16 qırıcıları və dəniz desantı iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol