MTN-in həbs etdiyi jurnalist Rauf Mirqədirovun vəkili Fuad Ağayevə ona qarşı provokasiya olduğunu bildirir. Bu barədə o facebook səhifəsində yazıb:

“Azərbaycan Respublikası Prokurorluğunun və R.Mirqədirovun işi ilə bağlı əməliyyat tədbirləri aparan şəxslərin nəzərinə! Mən uzun müddətdir ki, peşəkar vəkillik fəaliyyəti ilə məşğulam. Ancaq birinci dəfədir ki, özümü provokasiya yolu ilə dava-dalaşa salmaq cəhdləri ilə rastlaşıram. Təcrübə göstərir ki, bu cür «münaqişələrə» öz iradələrinə zidd olaraq iştirak etməyə məcbur olan şəxslər qanuna zidd olaraq Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə məsuliyyətə cəlb edilirlər. Xuliqan deyiləm, amma aciz də deyiləm. Ona görə də, məsləhət görürəm, bu cür ucuz üsullarla müdafiəçini sıradan çıxarmaq niyyətindən, bu məqsədlə agentura şəbəkəsindən istifadə etmək istəyən adamları yığışdırasınız!”.

Vəkil hələlik bundan savayı şərh vermək istəməyib.