Menu

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” açıq tender elan edib

06.10.2016, 22:58
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” açıq tender elan edib

Müsabiqədə köhnə elektrik şitlərinin sökülüb çıxarılması və yeni şitlərin quraşdırılması tələb edilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 0,4 kVlıq köhnə elektrik şitlərinin sökülüb çıxarılması, yeni alınmış elektrik şitlərinin quraşdırılması, qoşulması, sazlanması və giriş kabelinin gücləndirilməsi xidmətinin satınalınması məqsədilə açıq müsabiqə elan edib.

"Report"un "Xalq" qəzetinə istinadən verdiyi xəbərə görə, tenderdə iştirak etmək istəyən şəxslər oktyabrın 13-ü saat 18:00-dək aşağıda qeyd olunan email və ya telefon vasitəsilə əlaqə saxlayaraq müsabiqədə iştirak etmək üçün əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Ünvan: Bakı, Rəsulzadə küçəsi, 5. Əlaqə telefonu: (012) 493-41-52 Email: tender@acsc.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol