Menu

ABŞ təkmilləşdirilmiş nüvə bombalarını sınaqdan keçirib

07.10.2016, 09:18
ABŞ təkmilləşdirilmiş nüvə bombalarını sınaqdan keçirib

ABŞ oktyabr ayı ərzində iki dəfə döyüş başlıqsız “B-61” təkmilləşdirilmiş idarə olunan nüvə bombalarını sınaqdan keçirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi İdarəsinin (NNSA) açıqlamasında bildirilir.

Sınaq çərçivəsində “B-2 Spirit” strateji bombardmançı təyyarələrindən “B61-7” və “B61-11” sursatlarının buraxılışı həyata keçirilib. Bombaların üzərində quraşdırılan telemetrik cihazlar sınaqların uğurlu keçdiyini qeydə alıb.

Qeyd edək ki, “В61” nüvə bombasının yeni modifikasiyası ABŞ ordusunun arsenalına 2020-ci ildən daxil ediləcək. Onun istehsalı ilə bağlı hazırlıq işlərinə bu ilin avqustunda start verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol