Menu

“Şimali Koreyaya qarşı güc tətbiqi məsələsində tərəddüd etməyəcəyik” - Obama

26.04.2014, 11:22
“Şimali Koreyaya qarşı güc tətbiqi məsələsində tərəddüd etməyəcəyik” - Obama

Prezident Barak Obama ABŞ-ın öz müttəfiqlərinin müdafiəsi üçün Koreya Xalq Demokratik Respublikasına qarşı hərbi güc tətbiq etmək məsələsində tərəddüd etməyəcəyini bildirib.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, B. Obama Cənubi Koreyaya səfəri zamanı bu ölkədəki 28 min nəfərdən ibarət ABŞ hərbi kontingentinə müraciət edib.

“ABŞ-ın Koreya Respublikasının təhlükəsizliyinin təmin olunmasına dair öhdəliyi təcavüz təhlükəsi qarşısında daha da möhkəmlənir. Biz müttəfiqlərimizin və həyat tərzimizin müdafiəsi üçün hərbi gücdən istifadə etmək məsələsində tərəddüd göstərməyəcəyik”, - deyə B. Obama söyləyib.

Qeyd edək ki, Şimali Koreya öz tarixində dördüncü dəfə nüvə sınağı keçirməyə hazırlaşdığını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol