Menu

Yəmən paytaxtının meri koalisiyanın zərbəsi nəticəsində öldü - Yeniləndi

08.10.2016, 23:36
Yəmən paytaxtının meri koalisiyanın zərbəsi nəticəsində öldü - Yeniləndi

Yəmən paytaxtı Sananın meri Əbdülqadir Hilal ərəb koalisiyasının yas mərasiminə endirdiyi zərbə nəticəsində ölüb.

APA-nın xəbərinə görə, bu barədə “The New York Times” məlumat yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin paytaxtında yas mərasiminə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançılarla mübarizədə Yəmən hökumətinə dəstək verir.

***

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərində yas mərasiminin keçirildiyi əraziyə aviazərbələr endirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 45 nəfər ölüb, 100-dək adam xəsarət alıb.

“Saba” agentliyi, öz növbəsində, ölən və yaralananların sayının 450 nəfər olduğunu bildirir.

Xatırladaq ki, Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən hökumətinə dəstək verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol