Menu

Sabah İstanbulda XXIII dünya enerji konqresi başlayır

09.10.2016, 14:12
Sabah İstanbulda XXIII dünya enerji konqresi başlayır

Türkiyənin İstanbul şəhərində dünya enerji sammiti öz işinə başlayacaq.

"Report"un məlumatına görə, 80 ölkədən 50 ölkə başçısının, 54 baş nazirinin, ümumilikdə 266 dövlət rəsmisinin qatıldığı sammitdə TANAP, TAP və "Türk axını" kimi nəhəng layihələrin müzakirəsi keçiriləcək.

Tədbir “Yeni üfüqləri qucaqlayaq” şüarı ilə keçirilir və ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Beynəlxalq tədbirin açılışını oktyabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım edəcək.

Sammitdə Azərbaycan nümayəndələri də yer alıb. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev beynəlxalq tədbirdə çıxış edəcək.

◀▶

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol