Menu

ABŞ-ın strateji bombardmançı təyyarəsi Koreya yarımadası üzərində!

09.10.2016, 17:51

teyyare_3458778AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın «Şimali Koreya üçün təhlükə təşkil edən» strateji bombardmançı B -1B Lacer təyyarəsi Koreya yarımadası üzərindən daha bir uçuş edib. Bu barədə məlumatı «STAK» agentliyi yayıb. «Əvvəllər heç vaxt belə təyyarələr bölgədə tez-tez uçuşlar etməyiblər» - deyə, məlumatda qeyd olunur.

Agentlik eyni zamanda, Alyaska ştatında başlanmış taktiki hərbi-hava təlimlərinin (RED FLAG-Alaska) təhlükəli xarakter daşıdığını da önə çəkir. Təlimlərdə 80-dən artıq döyüş təyyarəsinin ekipajı, hava yanacaqpaylayan təyyarələr və ABŞ, Yaponiya, Koreya Pespublikası, Yeni Zelandiya və digər ölkələrin «dəstəkçi» təyyarələri iştirak edirlər.

«STAK» agentliyi hesab edir ki, Birləşmiş Ştatların Koreya Xalq Demokratik Respublikasına (KXDR) preventiv (önləyici) nüvə zərbəsi endirmək istiqamətindəki hazırlıq işləri artıq özünün ekstremal fazasına keçib və bu, diqqətdən kənarda qala bilməz. Bununla əlaqədar olaraq, agentlik xəbərdarlıq edir ki, KXDR ordusu ABŞ-ın aqressiv hərəkətlərinin qarşısını almaq üçün sərt və amansız əks tədbirlər görmək və öz «zövqünə uyğun» qabaqlayıcı zərbələr endirmək gücündədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol