Menu

Klinton Səudiyyəni ittiham edir!

10.10.2016, 12:33

Hillari-Klinton-16-4AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ prezidentliyinə demokrat-namizəd Hillar Klinton Səudiyyə Ərəbistanını kütləvi halda ekstremist ideologiya yaymaqda ittiham edib.

«Səudiyyəlilər son 30 ildə dünyanın ixtiyari ölkəsindən xeyli artıq ekstremist ideologiya yayıblar» - deyə, namizəd 2013-cü ildə Yəhudi birləşmiş fondunun Çikaqo şəhərində keçirilən qapalı iclasındakı çıxışı zamanı bəyan edib. Onun nitqindən parçalar seçkiqabağı qərargahın başçısı Con Podestin elektron poçtundakı məktublarda yer alıb. «Vaşinqton ekzaminer» nəşrinin yazdığına görə, bu fraqmentləri «WikiLeaks» dərc edib.

Bu arada isə Klintonun əleyhdarları onu Səudiyyə Ərəbistanı ilə maliyyə əlaqələrində olmaqda qınayırlar. Bundan əvvəl məlum olub ki, Səudiyyə hakimiyyəti Klintonlar ailəsinə məxsus xeyriyyə fondunun hesabına 35,0 milyon dollar vəsait köçürüb.

Namizədin seçki qərargahı «WikiLeaks» tərəfindən təqdim olunmuş məlumatların səhihliyini təsdiqləməyib. Qərargahda bəyan edirlər ki, həmin sənədləri Rusiya hökuməti yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol