Menu

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

10.10.2016, 22:13
Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

Səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra diplomatik fəaliyyətə başlayacaq

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoral Bakıya gəlib.

"Report" xəbər verir ki, səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra diplomatik fəaliyyətə başlayacaq.

E.Özoral bu postda fəaliyyətini Türkiyə Xarici İşlər Nazirliyində davam etdirəcək İsmayıl Alper Coşqunu əvəz edəcək.

Xatırladaq ki, E.Özoral buna qədər Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın müavini qismində Bakıda çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol