Menu

PKK lideri Ərdoğana dəstək verdi

27.04.2014, 13:11
PKK lideri Ərdoğana dəstək verdi

Türkiyənin İmralı bölgəsindəki həbsxanada saxlanılan Abdullah Öcalan ölkədəki proseslərlə bağlı maraqlı açıqlamalar verib. BDP partiyasının üzvləri həbsxanada PKK lideri Öcalanı ziyarət ediblər və daha sonra onun fikirləri ilə bağlı açıqlama veriblər. Açıqlamada bildirilib ki, Öcalan ölkədəki proseslərinin Türkiyənin xaricə çıxışına və demokratik inkişafına müsbət təsir edəcəyini fikirindədir.

Öcalan bir müddət bundan öncə ölkədə keçirilən seçkilərin nəticələrinin bütün maneələrə baxmayaraq ölkədəki demokratiyaya təkan verdiyi qeyd edib: “Hər şey dəyişir. Hökumətin atdığı addımlar ölkədə prosesləri kökündən dəyişə bilər. Çox əziyyət çəkməyimə baxmayaraq prosesləri bu günə gətirib çıxardığıma görə peşman deyiləm. Bütün tərəflər bu məsələdə öz üzərlərinə düşəni etməlidirlər. Bütün qanuni dəyişikliklər çox tezliklə həyata keçirilməlidir”. /ANS/

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol