Menu

Binanın bir neçə liftinin əyləc sistemi oğurlandı - Bakıda

11.10.2016, 10:45

lift_200715Gəncə prospektində binanın 4 liftindən oğurluq edilib

Bakının Xətai rayonunda yerləşən 8 bloklu binanın 4 liftinin əyləc sistemi oğurlanıb.

"Report"un məlumata görə, hadisə Gəncə prospekti 79 ünvanında qeydə alınıb.

Belə ki, bina sakinlərindən biri liftin çağırış düyməsini basıb. Bu zaman liftin sürətlə aşağı çırpıldığının şahidi olub. Məlum olub ki, digər bloklarda yerləşən liftlərdə də analoji problem var.

Texniki baxış zamanı binanın 4 liftindən əyləc sisteminin oğurlandığı aşkar olunub.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub. Araşdırma aparılır.

Analoji hal Gəncə prospekti 63 ünvanında da qeydə alınmışdı. Bir həftə öncə həmin ünvanda liftlərdən birinin əyləc sistemi oğurlanmışdı.

Qeyd edək ki, əyləc sistemi mis tərkiblidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol