Menu

Bakıda parkda intiharın qarşısı alınıb

11.10.2016, 11:06
Bakıda parkda intiharın qarşısı alınıb

Bakıda intihara cəhd olub.

Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Bəhruz Nuriyev küçəsində qeydə alınıb. Naməlum kişi həmin küçədə yerləşən parkdakı tikilidə özünü asıb. Hadisə yerində olan şəxslərin müdaxiləsi nəticəsində o dərhal xəstəxanaya çatdırılıb. Şəxsiyyəti hələlik müəyyən edilməmiş 50-55 yaşlarında olan naməlum kişinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol