Menu

Bakıda 18 yaşlı oğlan ürək nahiyəsindən bıçaqlanıb

11.10.2016, 11:28

BicaqBakıda 18 yaşlı oğlan bıçaqlanıb

"Report" un xəbərinə görə, hadisə ötən gecə Yasamal rayonu Şərifzadə küçəsində qeydə alınıb.

İsabala Elxan oğlu Allahverdiyev yaralı vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. O, əməliyyat olunub.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, İ.Allahverdiyev ürək nahiyəsindən bıçaq zərbəsi alıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol