Menu

“Adım Dövlətdir deyə, bunu mən etməliyəm?”- Baxçalı

11.10.2016, 15:36

baxcali_1395832740Milliyətçi Hərəkat Partiyasının daxilində FETÖ ilə əlaqəli məsələni Ədliyyə Nazirliyi araşdırsın. Axar.az xəbər verir ki, bunu  MHP lideri Dövlət Baxçalı söyləyib.

MHP lideri bir müddət öncə Türkiyə Ədliyyə naziri Bəkir Bozdağın siyasi partiyalara müraciətinə sərt reaksiya verib:“Biz təşkilat olaraq indiyə qədər kiminsə FETÖ ilə əlaqəsi vardır deyə, partiyadan xaric etməmişik. Ədliyyə nazirinin bir açıqlaması var. O, “hər kəs təmizləsin” deyir. Ədliyyə naziri içimizdəki FETÖ-çularla əlaqəli az da olsa dəlilə sahibdirsə, mənə göndərsin, onları yarım saat içində partiyadan uzaqlaşdırım. Adım Dövlətdir deyə, onudamı mənə araşdırtdıracaqlar?”

Qeyd edək ki, Türkiyə Ədliyyə naziri Bəkir Bozdağ siyasi partiyalara müraciət edib. O, müraciətində FETÖ-çuların bütün siyasi partiyalara sızdığını və hər bir partiyanın öz daxilində təmizlik aparmasının gərəkdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol