Menu

Türkiyə meyvələri Rusiya bazarına qayıdır

11.10.2016, 18:56

Meyve-Terevez300AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya hökuməti Türkiyənin sitrus və tumlu meyvələri üçün daxili bazara girişi açıq elan edib. «Bu gün Rusiya hökuməti Türkiyə mənşəli bir sıra tumlu (şaftalı, ərik, albalı, gilas, alça, gavalı və s.) və sitrus meyvələrinin ölkə bazarına girişinə icazə verən qərar qəbul edib» - deyə, Rusiya prezidenti Vladimir Putin Türkiyəli həmkarı R.T.Ərdoğanla görüşünün yekunları barədə danışarkən bəyan edib.

«Bu, qarşılıqlı faydalı qərardır. Rusiyanın kənd təsərrüfatı belə məhsullar istehsal etmir. Türkiyənin ərzaq məhsullarının Rusiya bazarına daxil olması daxili bazarda qiymətlərin enməsinə gətirib çıxara bilər və biz, buna ümid edirik»- deyə, prezident əlavə edib.

Məlumata görə, ötən il Rusiya bazarında bu məhsulların satış həcmi 500 milyon dollar təşkil edib.

R.T.Ərdoğan da öz növbəsində, görüşün yekunları barədə danışarkən bəyan edib ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşması aktiv ahənglə davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol