Azərbaycan Prezidenti İlham Əliyev ölkənin dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında sərəncam imzalayıb.
“AzPolitika” xəbər verir ki, həmin sənəddə deyilir:
“1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunsun.
2. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın ikinci bəndində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin və Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”

Şərhlər