Menu

Türkiyənin yeni səfiri Bakıda diplomatik nümayəndəliyin kollektivinə təqdim edilib

11.10.2016, 19:52
Türkiyənin yeni səfiri Bakıda diplomatik nümayəndəliyin kollektivinə təqdim edilib

Türkiyənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Erkan Özoral diplomatik nümayəndəliyin kollektivinə təqdim olunub.

"Report"un diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, səfir diplomatik missiyaya etimadnamələri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra başlayacaq.

Xatırladaq ki, Türkiyə səfiri dünən Azərbaycana gəlib. O, bu vəzifədə səfir İsmayil Alper Coşqunu əvəz edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol