Moldova prezident Nikolay Timofti ölkənin NATO-ya üzvlüyünün tərəfdarı olduğunu bəyan edib.
Musavat.com-un xarici informasiya mənbəyinə istinadən verdiyi məlumata görə, prezident bu sözləri “Azadlıq” radiosunun moldovan bölümünə müsahibəsində Ukrayna ətrafında cərəyan edən prosesləri şərh edərkən deyib.
“Moldovanın Şimali Atlantika alyansı ilə çox yaxşı münasibətləri var. NATO-nun üzvü olsaq təhlükəsizliyimiz daha yüksək, hətta 100 fazili olar”, - deyə dövlət başçısı xüsusi vurğulayıb.


Şərhlər