Menu

Türkiyə ordusunun Suriyaya daxil olması görüntüləri yayıldı

27.04.2014, 19:36
Türkiyə ordusunun Suriyaya daxil olması görüntüləri yayıldı

Türkiyə silahlı qüvvələrinin Suriyaya daxil olması görüntüləri yayılıb. ANS PRESS-in məlumatına görə, Suriya ərazisində Türkiyəyə məxsus olan Süleyman Şah türbesini qorumaq üçün türk ordusu Hələbə gedib.

Türk ordusunun Suriyaya daxil olması görüntülərini "Əl-Qaidə"yə bağlı olan və özünü İraq Şam İslam Dövləti elan etmiş qruplaşma üzvləri sosial şəbəkələrdə paylaşıblar.

2 gün əvvəl Şanlıurfanın Suruç bölgəsindən Hələb istiqamətində yola düşən Türkiyə ordusuna məxsus hərbi texnikanı daşıyan karvan İraq Şam İslam Dövlətinin nəzarət etdiyi ərazidən keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol