Menu

"Mənim üçün Fatih Terim bitdi" - Arda Turan

12.10.2016, 11:26
"Mənim üçün Fatih Terim bitdi" - Arda Turan

Türkiyə millisinin baş məşqçisi Fatih Terim ilə futbolçu Arda Turan arasında gərginlik davam edir.

Trend-in "Haber7"-yə istinadən verdiyi məlumata görə, bununla bağlı yeni faktlar üzə çıxıb.

Qeyd olunur ki, komandanın Avro-2016-ya hazırlaşdığı Antalya təlim-məşq toplanışı zamanı A.Turanla F.Terim arasında taktika məsələsi ilə bağlı mübahisə yaşanıb.

F.Terimin köməkçilərindən olan Bülent Bayraktar A.Turanı sakitləşdirmək üçün futbolçuya deyib: "Narahat olma, sizi barışdıracağam". A.Turan isə cavabında deyib: "Mənim üçün Fatih Terim bitdi. Bundan sonra onunla barışmağım mümkün deyil".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol