Menu

Siyəzəndə maşın aşıb, sürücü ölüb

12.10.2016, 20:47

qezaBu gün axşam saatlarında ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 97-ci km-də qeydə alınıb.

1978-ci il təvəllüdlü Əzimov Habil Lətif oğlunun idarə etdiyi 90-HK-044 dövlət nömrə nişanlı "BMW" markalı maşın aşıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol