Menu

Dünyanın gözlədiyi “El Klasiko”nun vaxtı - Açıqlandı

12.10.2016, 21:04
Dünyanın gözlədiyi “El Klasiko”nun vaxtı - Açıqlandı

Bütün dünyanın böyük maraqla gözlədiyi “El Klasiko”nun vaxtı açıqlanıb.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Barselona” və “Real” La Liqanın XIV turunda üz-üzə gələcəklər.

Əzəli rəqiblər dekabrın 3-də “Nou Kamp” stadionunda qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.

Qeyd edək ki, İspaniya La Liqasında hazırda 7 tur geridə qalıb və “Real” 2-ci, “Barselona” isə 3-cü pillədə qərarlaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol