Menu

NATO iki istiqamətə önəm verir - Rusiya ilə dialoq və...

12.10.2016, 22:49

Yens-Stoltenberq«AzPolitika.infon»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, alyans öz fəaliyyətində iki istiqamətə önəm verir: Müdafiə qabliyyətinin gücləndirilməsi və Rusiya ilə dialoq.

Baş katib bu barədə «Passau» nəşriyyat qrupunun təşkil etdiyi «Avropa insanları» seriyasından keçirilən növbəti konfransdakı çıxışı zamanı bəyan edib.

«Biz, iki məsələni birləşdirməliyik - gücün təzahürü, yəni hədə-qorxu gəlmək və dialoq. Biz, müdafiənin vacibliyi və dialoq arasında ziddiyyət görmürük. Mənq açıq-aydın bəyan etmək istəyirəm - bizim üçün əhəmiyyətli olanı budur ki, yeni soyuq müharibədən, yeni silahlanma yarışından qaçaq... Alyans Moskva ilə «konstruktiv münasibətlər qurmaqda» marqalıdır» - deyə, Stoltenberq əlavə edib.

Baş katib xəbər verib ki, Kaliniqrad vtlayətində «İskəndər» raket sisteminin yerləşdirilməsindən sonra, NATO Avropanın şərqində öz işğirakını artırmağı planlaşdırmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol