Menu

“Azərbaycan məmurlarının bir çoxu nurçuluqla bağlıdır” - Cəmil Həsənli

28.04.2014, 11:45
“Azərbaycan məmurlarının bir çoxu nurçuluqla bağlıdır” - Cəmil Həsənli

"Hansısa bir formada onlar nurçularla sazişə girdilər və burada nurçuların fəaliyyəti üçün şərait yaratdılar"

“Hesab edirəm ki, mətbuatda dövlət strukturlarında işləyən adamlar haqqında gedən söz-sözhbətlər hər hansısa dövlət qiyamının əlaməti deyil”.

Bunu AzPolitika.info-ya açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli  Elnur Aslanov və digərlərinin ətrafında baş verənlərin dövlət strukturundakı problemləri göstərdiyi haqda iddialara münsibət bildirərkən deyib.

Onun sözlərinə görə, burada əsas məsələ nurçuluğun üstündə qurulub: “Lakin hesab edirəm ki, nurçuluq Azərbaycan hakimiyyətində ayrı-ayrı adamların iş fəaliyyəti deyil. Bu dövlətin ən yüksək dairələrinin xeyir-dua verdiyi bir yanaşmadır. Heç bir halda Prezident Aparatının şöbə müdiri rəhbərliyinin xeyir-duası olmadan belə bir prosesdə iştirak edə bilməz. Burada Elnur Aslanov nurçudur, digəri deyil kimi yanaşma düzgün deyil. Əslində Azərbaycan məmurlarının bir çoxu nurçuluqla bağlıdır. Hansısa bir formada onlar nurçularla sazişə girdilər və burada nurçuların fəaliyyəti üçün şərait yaratdılar. Onlar da öz maraqları dairəsində Azərbaycan hakimiyyətinə dəstək verdilər. Bu daxili siyasətdən tutmuş, beynəlxalq dəstəyə qədər, bütün sferaları əhatə edir. Ona görə də bir məmur nurçudur və digər məmur nurçu deyil deyə bir yanaşma düz deyil. Əgər həqiqətən də nurçu axtarılırsa, onda diqqəti Xəzər televiziyasına yönəltsinlər. Xatırladım ki, prezident seçkiləri ərəfəsində məhz Xəzər.TV Lider Televiziyası ilə müqayisədə müxalifətə qarşı daha əzmkarlıqla mübarizə aparırdı. Bu gün bir çoxlarına məlumdur ki, Xəzər Televiziyası Azərbaycanda ən böyük informasiya blokudur. Bu da birbaşa Prezident Aparatından idarə olunan kanaldır. Xəzər TV həmişə Prezident Aparatının göstərişlərin, əmr və tövsiyyələrin yerinə yetirən kanal olub”.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol