Bərdə rayonunda intihar hadisəsi baş verib. Bu barədə Trend-ə Bərdə rayon Prokurorluğundan məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə oktyabrın 12-də saat 13 radələrində rayonun Şirvanlı kəndində baş verib. Kənd sakini, 1928-ci il təvəllüdlü Eyvaz Cəbiyev özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib.
İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.


Şərhlər