Menu

"Bakı-Tbilisi-Qars dəmiryolu xətti Türkiyəni Çin və Avropa ilə qovuşduracaq" - Nazir

13.10.2016, 20:45
"Bakı-Tbilisi-Qars dəmiryolu xətti Türkiyəni Çin və Avropa ilə qovuşduracaq" - Nazir

BTQ dəmiryolu xətti layihəsi tamamlanmaq ərəfəsindədir

 "Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Türkiyəni Çin və Avropa ilə qovuşduracaq".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan Kars-Digor-Tuzluca avtomobil yolunun təməlqoyma mərasimində bildirib.

Onun sözlərinə görə, BTQ dəmiryolu xətti layihəsi tamamlanmaq ərəfəsindədir: "Bu istiqamətdə işlər sürətlə davam etdirilir. Bu layihə tezliklə başa çatmalıdır. Çünki Türkiyəni Çin və Avropa ilə qovuşduracaq bir layihədir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol