Menu

Putin ən güclü adamını İrəvana göndərdi

14.10.2016, 11:55
Putin ən güclü adamını İrəvana göndərdi

Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvana gəlib.Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Yevgeni Anoşin söyləyib.

Onun sözlərinə görə, Patruşev oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirləri şurasının iclasında iştirak edəcək.

Patruşevlə bərabər, bu gün Ermənistana Rusiya Prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrov da gələcək.

Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistan daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol