Menu

Malayziya FETÖ-nün üç üzvünü Türkiyəyə təhvil verib

14.10.2016, 18:31

mevlut_cavusoglu_100816Mövlud Çavuşoğlu Malayziyanın baş naziri ilə görüşdə bu razılaşmanın əldə olunduğunu bildirib

"Malayziya Fətullahçı Terror Təşkilatının (FETÖ) üç üzvünü Türkiyəyə təhvil verib".

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, ötən həftə Malayziyanın baş naziri ilə Tailandın paytaxtı Banqkok şəhərində keçirilmiş Asiya Əməkdaşlıq Dialoq Assambleyasının toplantısı çərçivəsində görüşü olub: "Mənə 3 nəfəri təhvil verəcəklərini bildirdilər. Bununla bağlı prezidentimizə, baş nazirimizə məlumat verdim. Qarşılıqlı təmaslardan sonra oktyabrın 13-də FETÖ üzvlərini Türkiyəyə təhvil verdilər. Banqkokdakı tədbirə də onlardan biri sızmışdı, müdaxiləmizdən sonra bayıra çıxartdılar".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol