AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bu günlərdə Rusiya prezidenti V.Putin və Türkiyə prezidenti R.T.Ərdoğan İstambul görüşündə, Türkiyə tərəfi maraq göstərərsə, bu ölkəyə raket əleyhinə müdafiə (RƏM) sisemi elementlərinin verilməsi məsələsinin mümkünlüyünü müzakirə ediblər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib
«Türkiyə tərəfinin istəyi olarsa, Rusiyanın bu ölkəyə verə biləcəyi müxtəlif sistemli RƏM sistemləri yada salınıb» - deyə, Peskov İrəvanda jurnalistlərə bildirib. O, dəqiqləşdirib ki, söhət «müxtəlif variasiyalar»da RƏM sistemlərinin göndərilməsindən gedir.
«Bu, hərbi-texniki əməkdaşlığın sırf kommersiya tərəfidir, başqa sözlə, əməkdaşlığın çox həssas sahəsidir» - deyə, mətbuat katibi qeyd edib.


Şərhlər