Menu

Obama Rusiyaya qarşı yeni sanskiyaları elan edəcək

28.04.2014, 16:19
Obama Rusiyaya qarşı yeni sanskiyaları elan edəcək

ABŞ prezidenti Barack Obama bildirib ki, Rusiyaya qarşı yeni sanksiyaları aprelin 28-də günün sonunda elan edəcək.

Bunu Filippinə səfəri zamanı bildirən Obama deyib ki, sanskiyalar fərdlərə və şirkətlərə aid olacaq. Yeni sanksiyalara səbəb, Obamanın sözlərinə görə, Rusiyanın beynəlxalq razılaşmalara əməl etməməsidir.

Bununla belə, ABŞ prezidenti hesab edir ki, Moskvanın Ukrayna haqda sülh sazişinin şərtlərinə əməl etmək imkanı var, ancaq bunu etmir.

Obama eləva edir ki, Rusiyanın davranışını dəyişmək üçün nəzərdə tutulan sanksiyaların əməli nəticə verəcəyinə əmin deyil. Onun sözlərinə görə, məqsəd Rusiya prezidenti Putini Ukraynada böhranı həll etməkdə danışmaq yox, hərəkət etməyə sövq etməkdir.

Aprelin 28-də Avropa Birliyi diplomatları da Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol