Menu

Naxçıvanda bal festivalı keçirildi - FOTOLAR

15.10.2016, 19:48
Naxçıvanda bal festivalı keçirildi - FOTOLAR

Bu gün Naxçıvanda "Arıçılıq məhsulları - Bal"festivalı keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu gün Naxçıvan şəhərində yerləşən "Naxçıvanqala" Tarix- Memarlıq Muzey Kompleksində "Arıçılıq məhsulları - Bal" festivalı keçirilib.

Tədbirə muxtar respublikanın müxtəlif bölgələrindən 212 arıçı bal, arı südü, güləm, bəramum və digər məhsullar çıxarıb.

Qeyd edək ki, festival oktyabrın 16-na qədər davam edəcək.Festivalda münsiflər heyəti tərəfindən arıçılıq məhsullarının keyfiyyəti yoxlanılacaq və ilk üç yerə layiq görülən arıçılara qiymətli hədiyyələr veriləcək.

Azərbaycanın tanınmış media qurumlarının rəhbərləri də Naxçıvandakı Bal festivalında iştirak ediblər.

Xatırladaq ki, dünən “Dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsi” mövzusunda keçirilən konfransda iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına nümayəndə heyəti gedib.

Nümayəndə heyətinin tərkibinə KİVDF icraçı direktoru Vüqar Səfərov, Mətbuat Şurasının üzvü, millət vəkili Aqil Abbas, “APA Holdinq”in prezidenti Vusale Mahirqızı, Trend İnformasiya Agentliyinin baş redaktoru Arzu Nagiyev, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Oxu məni” qəzetinin baş redaktoru Emil Axundov, "Palitra" qəzetinin baş redaktoru Namiq Aliyev, “Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov, “Respublika” qəzetinin baş redaktor müavini Hümbət Musayev, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, KİVDF-in əməkdaşı Samir Mustafayev, “Mövqe” qəzetinin əməkdaşı Zülfiyə Quliyeva daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol