Menu

İmişlidə 4,5 bal gücündə zəlzələ olub, ətraf rayonlarda hiss edilib

16.10.2016, 12:23

zelzele22Bu gün səhər saat 11.50 radələrində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızının APA-ya verdiyi məlumata görə, ilkin məlumatlara əsasən 4,5 maqnitudalı zəlzələnin episentri İmişli rayonu olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, zəlzələ Ağcabədi, Ağdam, Tərtər, Yevlax və Bərdə rayonlarında da hiss edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol